Bank Of Baku

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı mayın 19-da Bakıda aksiya keçirəcək

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı mayın 19-da Bakıda aksiya keçirəcək
# 16 may 2012 14:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı (DCUMH) mayın 19-da Bakıda aksiya keçirəcək.

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin müşaviri Ağasif Şakiroğlu APA-ya deyib ki, saat 17.00-da başlayacaq aksiya dinc yürüş şəklində - “şəhər gəzintisi” adı ilə keçiriləcək. Hərəkatda təmsil olunan partiya liderlərinin də qatıldığı aksiya sərbəst toplaşmaq azadlığı, müxalifət partiyalarının həbsdə olan üzvlərinin azadlığa buraxılması tələblərini özündə ehtiva edəcək. Aksiyada heç bir şüar və tələb açıq şəkildə elan olunmayacaq.

A. Şakiroğlu qeyd edib ki, dinc yürüşün marşrutu iki istiqamətində - “Sahil” bağı, Milli Park və “Azneft” meydanı, digər istiqamət isə “Sahil” bağı, Nizami və Rəsulzadə küçələrini keçməklə, Milli Park və “Azneft” meydanı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR