Bank Of Baku

QDİƏT PA-nın iclasında iştirak üçün İrəvana gedəcək deputat Musa Quliyev doğulduğu Urud kəndinə baş çəkmək niyyətindədir

QDİƏT PA-nın iclasında iştirak üçün İrəvana gedəcək deputat Musa Quliyev doğulduğu Urud kəndinə baş çəkmək niyyətindədir
# 17 may 2012 13:03 (UTC +04:00)
Bu barədə APA-ya M. Quliyev özü məlumat verib.

Bundan əvvəl, Belqradda keçirilən iclasda erməni deputatlarla bu məsələni müzakirə etdiklərini deyən M. Quliyevin sözlərinə görə, Ermənistan parlamentinin deputatları azərbaycanlı deputatın doğulduğu kəndə səfər etməsinə çalışacaqlarını bildiriblər: «Səfər üçün bir gün vaxtım olacaq. Məqsədim doğulduğum Urud kəndinə səfər edib ata-babalarımız məzarını ziyarət etməkdir. Əgər Ermənistan siyasi hakimiyyəti buna icazə verərsə, bunu onların xoş niyyəti kimi başa düşmək olar».

Qeyd edək ki, M. Quliyev bundan əvvəl bir dəfə - 2006-cı ildə Qara İqtisadi Əməkdaşlıq Təşkilatı Məclisinin Baş Assambleyasının İrəvanda keçirilən iclası çərçivəsində Urud kəndində olub.

Mayın 21-dən 24-dək davam edəcək tədbirdə Azərbaycanı QDİƏT Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyev, deputatlar Musa Quliyev və Jalə Əliyeva təmsil edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR