Bank Of Baku

İranın Azərbaycandakı səfirliyinin binası qarşısında növbəti etiraz aksiyası keçirilib - FOTOSESSİYA

İranın Azərbaycandakı səfirliyinin binası qarşısında növbəti etiraz aksiyası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 17 may 2012 13:24 (UTC +04:00)
APA-nın məlumatına görə, aksiya iştirakçıları M.F. Axundov bağından səfirliyin binasına tərəf İranın Azərbaycana qarşı fəaliyyətinin əleyhinə şüarlar səsləndirməklə yürüş ediblər. Binanın qarşısına toplaşan aksiya iştirakçıları “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Azərbaycan bir olsun, istəməyən kor olsun!”, “Haray, haray mən türkəm!”, “Rus, fars, erməni, bunlar türkün düşməni”, “Rədd ol!”, “Urmu gölü can verir, İran rejimi qətlinə fərman verir”, “Od vurarıq Tehrana and olsun Səttarxana” və s. şüarları səsləndiriblər.

Tədbirdə GAİP İsveç şöbəsinin rəhbəri Səməd Fərtaş, güneyli mühacir Cavad Derəxti və digərləri çıxış edərək İranın Azərbaycana qarşı apardığı kampaniyanı pisləyiblər. Sonra səfirliyin qarşısına qara çələng qoyulub. Aksiyanın qətnaməsi oxunduqdan sonra səfirliyə verilməsi üçün polis əməkdaşlarına təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR