Bank Of Baku

Arif Hacılı prezident İlham Əliyevə müraciət edib

Arif Hacılı prezident İlham Əliyevə müraciət edib
# 17 may 2012 13:51 (UTC +04:00)
APA-nın məlumatına görə, A. Hacılı müraciətində bildirib ki, “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsi, bu populyar yarışmanın ölkəmizdə keçirilməsi dövlətimiz və millətimiz üçün mühüm hadisədir: “Məncə, biz bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamdan xalqımızın və dövlətimizin nüfuzunun artması, dünya birliyində yerinin möhkəmlənməsi üçün bir fürsət kimi istifadə etməyə borcluyuq. Bu fürsətin necə əldən verildiyini həbsxana divarları arxasından kədərlə izləyirəm. Təsadüfi deyil ki, yalnız ermənilərlə məhdudlaşmayan bədnam qonşularımız “Eurovision” yarışması ərəfəsində öz çirkin niyyətlərini həyata keçirmək üçün daha intensiv və daha aqressiv fəaliyyətə keçiblər”.

A. Hacılı qeyd edib ki, Təbrizdəki Azərbaycan konsulluğunun qarşısındakı aksiyalar, MDB-nin Moskva sammiti Azərbaycanı qarşıda gözləyə biləcək təhlükələrin anonsudur: “İndi, bəlkə də məhz bu günlərdə, cəmiyyətin vətəndaş sülhünə, qarşılıqlı anlaşmaya ehtiyacı başqa dövrlərdə olduğundan daha çoxdur. Belə həssas məqamda ölkəmizin beynəlxalq nüfuzuna zərbə vuran məsələlər arasında bizim də adımızın hallanması, bütün həyatını Azərbaycanın müstəqil, demokratik, güclü dövlət kimi dünya birliyində layiqli yer tutması uğrunda mübarizəyə həsr etmiş adam kimi məni çox narahat edir”.

Ötən il İctimai Palatanın keçirdiyi aksiyalarda saxlanılan şəxslərin hələ də həbsdə olmasına diqqəti yönəldən A. Hacılı müraciətində vurğulayıb ki, 2011-ci il 12 mart və 2 aprel dinc mitinqlərinin əsas təşkilatçısı o olub: “Odur ki, milli mənafelərimiz naminə mən istisna olmaqla, 2 aprel məhbuslarının eyni zamanda yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab edilən şəxslərin azadlığa buraxılması üçün addımlar atmağınızı Sizdən xahiş edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR