Bank Of Baku

İP üzvləri Müsavat qərargahında aclıq aksiyasını davam etdirir

İP üzvləri Müsavat qərargahında aclıq aksiyasını davam etdirir
# 18 may 2012 14:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İctimai Palata üzvlərinin Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyası davam edir.
İctimai Palatan (İP) İnformasiya Mərkəzinin məlumatına görə, qərargahda aclıq aksiyası keçirənlərin sayı doqquz nəfərdir. Ötən gün Müsavat Partiyası başqanının müşaviri Dünyaxanım Cərullayeva, hüquq müdafiəçisi Lətafət Məlikova və Elnur Məcidli səhhətində yaranan problem səbəbindən aclıq aksiyasını dayandırıblar. Bu gün isə aclıq aksiyasına Müsavat Partiyasının üzvləri Bəxtiyar Tarıyev və Əli Həsənov da qoşulub. Müsavat Partiyasının qərargahında keçirilən aksiya həbsdə olan 2 aprel məhbuslarının şəxslərin aclıq aksiyasına dəstək xarakteri daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR