Bank Of Baku

“Siyasi Akademiya” iştirakçıları millət vəkili Aydın Mirzəzadə ilə görüşüblər - FOTO

“Siyasi Akademiya” iştirakçıları millət vəkili Aydın Mirzəzadə ilə görüşüblər - <font color=red>FOTO</font>
# 19 may 2012 15:37 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyinin “Siyasi Akademiya” layihəsi çərçivəsində Strateji Araşdırmalar Mərkəzində (SAM) “1990-1992-ci illər Heydər Əliyev fəaliyyəti” mövzusunda görüş keçirilib. “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın APA-ya verdiyi məlumata görə, görüşün qonağı Milli Məclisin deputatı Aydın Mirzəzadə olub. Görüşdə “Siyasi Akademiya” layihəsinin iştirakçıları, müxtəlif universitetlərdə təhsil alan gənclər iştirak edib.
Millət vəkili Aydın Mirzəzadə Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında danışıb. Eyni zamanda həmin dövrdə Azərbaycanda baş verən proseslərdən bəhs edib.
Daha sonra tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar millət vəkili tərəfindən cavablandırılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi gəncləri beynəlxalq və yerli siyasi təcrübə, Azərbaycanın yerli və regional siyasəti ilə yaxından tanış etmək, maarifləndirmək, onların siyasi aktivliyinin artırılmasına nail olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR