Bank Of Baku

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb
# 22 may 2012 08:56 (UTC +04:00)
APA-nın məlumatına görə, Oqtay Əsədovun sədrlik etdiyi iclasın gündəliyinə ümumilikdə 14 məsələ salınıb.

İclasda "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

Həmçinin, "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında", "Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişlərin təsdiq edilməsi barədə layihələrə baxılacaq.

İclasda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsinin də təsdiqlənəcəyi gözlənilir.

İclasda "Dövlət rüsumu haqqında", "Prokurorluq haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" qanunlara dəyişiklik ediləcək və digər məsələlərə baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR