Zeynəb Xanlarova: “Azərbaycanda bəzi məmurların əməlləri insanları qıcıqlandırır”
22 may 2012 11:04 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin (MM) iclasında deputat, xalq artisti Zeynəb Xanlarova deyib.
O, seçildiyi ərazidə sürətlə villalar tikildiyini və bu imarətlərin kasıb evlərinin qarşısını kəsdiyini bildirib: “Altıağacda pullu insanların nə qədər villaları var. Komanın yanında elə böyük villa tikiblər ki… Allahın göndərdiyi bulağı həyətlərinə salıblar. Belə hərəkətlər də yerli əhalini narazı salır”.
Z. Xanlarova bəzi məmurların xalq arasında xüsusi hörməti olduğunu qeyd etməklə yanaşı, yerli əhalinin problemi ilə maraqlanmayanların da olduğunu vurğulayıb: “Xalq prezidentdən razıdır, onun işlərini dəstəkləyir. Amma bəzi məmurlar var ki, onların əməlləri insanları qıcıqlandırır. Elə villaları var ki, mən Zeynəb Xanlarovanın villası onun yanında heç nədir. Bu, nədəndir?”
Z. Xanlarova Altıağacda su və kanalizasiya problemi olduğunu da vurğulayıb.

Daxili siyasət
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
00:00
28 may 2024
MSK daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
16:37
27 may 2024
Milli Məclisin yaz sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb
16:31
27 may 2024
Azərbaycanda ən yaşlı qadın seçicinin 134, kişi seçicinin 109 yaşı var
16:26
27 may 2024