“Əqli mülkiyyət haqqında hüquqların təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun qəbul olunub
Layihə 4 fəsil və 17 maddədən ibarətdir. Qanun layihəsi əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayımlanmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir. Layihədə bu sahədəki əsas anlayışların izahı verilib.
Layihəyə əsasən hüquq sahibinin və ya onun nümayəndəsinin əsaslandırılmış müraciəti olduqda, əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar mülki işə baxan məhkəmə hüquqpozmaya yol verən şəxsdən pirat məhsulların hazırlanmasında (istehsal edilməsində), yayılmasında və əqli mülkiyyət hüquqlarını pozan xidmətlərin göstərilməsində birbaşa, yaxud dolayı yolla iştirak edən üçüncü şəxslər barədə informasiyaların hüquq sahibinə verilməsini cavabdehdən tələb etmək hüququna malikdir.
Məhkəmə pirat və ya kontrafakt məhsulları istehsal edən, saxlayan və yayan, o cümlədən onların satışını həyata keçirən şəxslərin adları və ünvanları, hazırlanan (istehsal edilən), göndərilən, qəbul edilən və ya sifariş olunan pirat və ya kontrafakt məhsulların kəmiyyəti və qiyməti, həmçinin belə malların yayılma kanalları haqqında informasiyaları tələb edə bilər.
Layihədə əqli mülkiyyət hüququnun sahibinə dəyən zərərin ödənilməsi barədə müddəalar da yer alıb. Hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi halda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir.
Məhkəmə zərəri müəyyən edərkən hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər, hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər, hüquqları pozulmasa, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirləri nəzərə almalıdır.
Məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir.
Məhkəmə mülki iddianın təmin edilməsi məqsədilə təcili və səmərəli müvəqqəti tədbirlər barədə qərardad çıxarmaq hüququna malikdir.
Həmin tədbirlər əqli mülkiyyət hüquqlarının pozulmasına səbəb olan pirat və ya kontrafakt məhsulların hazırlanmasının (istehsal edilməsinin) və müxtəlif üsullarla yayılmasının qarşısını almaq, pirat və ya kontrafakt məhsulların ticarət şəbəkələrinə daxil edilməsinin qarşısını almaq, əqli mülkiyyət hüquqlarının ehtimal olunan pozuntularına aid sübutları qorumaq məqsədilə keçiriləcək.
Layihə ikinci oxunuşda səsə qoyularaq qəbul olunub. Sonra qanun üçüncü oxunuşda da qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
AK Partiyanın sədr müavini: Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır
Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər
Rusiya ordusu Kiyev–Nikolayev sərnişin qatarını vurub
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb - FOTO
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
SEPAH ABŞ-a məxsus 52-ci MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Messi Argentina millisində vida oyunu keçirəcək
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəyəcək
TDT-nin Baş katibi: Orta Dəhliz Asiya ilə Avropa arasında türk regionundan keçən strateji bağlantıdır
CBS İranın hücumlarından sonra ABŞ-ın hərbi obyektlərində dağıntıların görüntülərini yayıb - FOTO
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilir - FOTO
Fövqəladə Hallar Nazirliyi cəzaçəkmə müəssisəsində təlim keçirib - VİDEO
Bakıda maşın piyadanı vuraraq öldürüb
Azərbaycan neftinin qiyməti 128 dollar olub
Bu günün valyuta məzənnələri
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
Nyu-york birjasında təbii qazın dəyəri azalıb
“Brent” nefti ucuzlaşıb
Politico: Aİ vətəndaşlarının bir qismi Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir
Hikmət Hacıyev Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının inkişafı ilə bağlı müzakirələri yüksək qiymətləndirib
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
“Bitcoin”in qiyməti 76 min dollardan aşağı enib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Neftin qiyməti 108 dollara enib
Qlobal fond bazarlarında eniş davam edib
Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçalayıb
Los-Ancelesdə avtobus qəzasını çəkən televiziya helikopteri qəzaya uğrayıb, 2 nəfər ölüb
Çinin “OrienSpace” şirkəti dəniz platformasından 9 peyk orbitə çıxarıb
Zukerberq süni intellekt tərtibatçılarını öz modellərinin təhlükəsizliyinə görə məsuliyyət daşımağa çağırıb
Fransa müdafiə sənayesində 100 min yeni işçi cəlb etməyi planlaşdırır
Argentina Malvin adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini XİN-ə çağırıb
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL