Bank Of Baku

Azərbaycan İslam Partiyasının mətbuat xidmətinin rəhbəri istefa verib

Azərbaycan İslam Partiyasının mətbuat xidmətinin rəhbəri istefa verib
# 22 may 2012 14:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin rəhbəri Cavid Cabbarlı tutduğu vəzifədən istefa verib. Bu barədə APA-ya AİP-in mətbuat xidmətindən bildirilib. Məlumatda istefanın səbəbi kimi son zamanlar onun səhhətində yaranmış problemlər göstərilir.

Cavid Cabbarlı APA-ya açıqlamasında məlumatı təsdiqləyib: “Həqiqətən də mənim səhhətimdə problemlər var, ona görə də istefa verdim. Mənim yerimə kimin gətiriləcəyi barədə qərarı partiya rəhbərliyi verəcək”.

O, partiyada siyasi fəaliyyətini davam etdirəcəyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR