Bank Of Baku

İctimai Palata Arif Hacılının bu gün aclıq aksiyasını dayandırdığı barədə açıqlama yayıb

İctimai Palata Arif Hacılının bu gün aclıq aksiyasını dayandırdığı barədə açıqlama yayıb
# 22 may 2012 15:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA, Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı bu gün aclıq aksiyasını dayandırıb. İctimai Palatadan (İP) APA-ya verilən məlumata görə, bu barədə İP-nin Mətbuat Mərkəzinə A. Hacılının həyat yoldaşı Nəzakət Hacılı bildirib.
N. Hacılının sözlərinə görə, A. Hacılı ilə telefon əlaqəsi saxlayıblar. A. Hacılı aclıq aksiyasını İctimai Palatanın Koordinasiya Şurasının, ziyalıların, Müsavat Partiyasının Divanının, ailəsinin və ictimaiyyət nümayəndələrinin xahişləri əsasında dayandırdığını bildirib.
A. Hacılı mayın 15-dən aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə dünən məlumat yayaraq, həbsdə olan İP üzvlərinin hamısının, o cümlədən A. Hacılının aclıq aksiyasını dayandırdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR