Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri: “Biz İran tərəfindən rəsmi açıqlama gözləyirik” - MÜSAHİBƏ
- Faktiki olaraq “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı qərarlar veriləndən sonra dünyanın bəzi anti-Azərbaycan qüvvələri və təşkilatlar hərəkətə keçib. Sıralarında erməni təşkilatlarının da təmsil olduğu, onların bəlli sahələrdə maliyyəsi ilə fəaliyyət göstərən qurumlarına qoşulan bu təşkilatlar və bu təşkilatları təmsil edən bir-iki nəfər Azərbaycan vətəndaşı anti-Azərbaycan təbliğatına dəstək verirlər. Anti-Azərbaycan təbliğatı aparan beynəlxalq mərkəzlərin dəyirmanına su axıdırlar. Ona görə də düşünürəm ki, bu təşkilatın qurucuları və bu fəaliyyəti həyata keçirən insanlar tezliklə onların anti-Azərbaycan siyasətinə cəlb olunduqlarını, bu və ya digər xarici kəşfiyyat orqanlarına dəstək verdiklərini anlayıb bu yoldan çəkinməlidirlər.
- Bu müddət ərzində İctimai Palatanın razılaşdırılmamış aksiyalar keçirilməsini necə qiymətləndirirsiniz?
- Buna da təəssüf edirik. Müxalifət partiyaları ölkə vətəndaşlarına və xarici ictimaiyyət nümayəndələrinə, KİV-lərə, xarici ölkələrdəki siyasət yaratma mərkəzlərinə özlərini göstərmək üçün daha müsbət və pozitiv fəaliyyət göstərə bilmədikləri üçün bu cür davranırlar. Yəni, Azərbaycana “Eurovision” mahnı müsabiqəsini işıqlandırmağa gəlmiş jurnalistlər qarşısında özlərini göstərmək, mövcudluqlarını nümayiş etdirmək istəyirlər. Onlar belə fəaliyyətlə heç zaman Azərbaycan seçicisinin səsinə ümid edə, onun etimadını qazana bilməzlər. Əgər onlar hesab edirlərsə ki, xarici təşkilatların, yaxud bu gün onların fəaliyyətini xaricdə işıqlandıraraq Azərbaycana çamur atan qurumların dəstəyi ilə hakimiyyətə gələcəklər, yanılırlar.
- İsveçin Azərbaycandakı səfirinin dünən keçirilmiş ziyafətdə bu ölkənin “Eurovision” təmsilçisi Lorinə çıxışı zamanı siyasi bəyanat verməsi ilə bağlı təklifi barədə mətbuatda yayılan məlumata münasibətiniz necədir?
- Bəli, bu məlumat barədə xəbərim var. Təəssüf olsun ki, burada da müəyyən siyasiləşmə cəhdləri var. İstər diplomatik nümayəndələrlə bağlı olsun, istər onların ətrafındakı siyasi qruplar olsun. Musiqi yarışmasını siyasiləşdirmək olmaz. Bu və ya digər partiya nümayəndələri ilə musiqi yarışması arasındakı ünsiyyətləri quraraq belə beynəlxalq nüfuzlu tədbirlərə xələl gətirmək cəhdi həmişə pislənilib, bundan sonra da pisləniləcək.
- Bununla bağlı İsveç tərəfinə etiraz olacaqmı?
- Mən bu məsələnin mahiyyəti barədə dəqiq məlumatlı deyiləm. Hər halda mətbuatdakı xəbərlərdə görünən budur ki, siyasi partiya nümayəndələri ilə, xüsusən bu günlərdə aktiv anti-Azərbaycan fəaliyyəti nümayiş etdirənlərlə “Eurovision” yarışmasına qatılan ölkələrin təmsilçiləri arasında belə ünsiyyətin yaradılması, buna vasitəçilik etməsi bəlli məqsədlərlə edilə bilər. Əlbəttə, bu, siyasiləşmə məqsədilə edilirsə, biz bunu pisləyirik.
- NATO-nun Çikaqo sammitinin yekununda qəbul edilmiş bəyanatda Dağlıq Qarabağla bağlı müddəa da əksini tapmışdı. Bunu necə dəyərləndirirsiniz?
- Biz bunu obyektiv, həm də müsbət dəyərləndiririk. Çünki NATO beynəlxalq sülhyaratma proseslərində iştirak edən əsas nüfuzlu qurumlardan biridir. Düşünürük ki, bu qurumun Cənubi Qafqazdakı digər münaqişələrlə dəyərləndirməsi, hər üç ölkənin ərazi bütövlüyünün pozulmaz olmasını təsdiqləməsi, gələcəkdə Dağlıq Qarabağ probleminin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in digər prinsipləri ilə yanaşı istifadə olunan əsas beynəlxalq hüquq norması kimi qəbul oluna bilər. NATO əvvəlki illərdə, əvvəlki sammitlərdə də Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiq etmişdi. Bu gün həmin faktı bir daha təsdiqləməsi onu göstərir ki, erməni tərəfi, yaxud onlara dəstək verən dairələrin iddia etdiyi kimi “Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilməz” prinsipi, uydurmaları yalandır və nüfuzlu beynəlxalq təşkilatların mövqeyi ilə üst-üstə düşmür.
- AXCP sədri Əli Kərimli deyib ki, “İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil”.
- Azərbaycanda heç bir İran dini rəhbəri, yaxud dini lideri təhqir olunmayıb. Azərbaycan hakimiyyəti və ictimaiyyəti İranın dini rəhbərlərinə, ruhaniyyətinə daim sayğı ilə yanaşıb. Lakin eyni zamanda ruhaniyyətin anti-Azərbaycan fəaliyyətini də açıq şəkildə, çəkinmədən onlara bildirib. Son zamanlar İranın bəzi ruhani dairələri heç bir əsası olmayan anti-Azərbaycan fəaliyyətinə, təbliğatına qoşulublar və bu işin başında dayanıblar, Azərbaycanda keçirilən beynəlxalq tədbiri “gey-parad” adı ilə ləkələmək istəyirlər. Azərbaycan xalqına beynəlxalq aləmdə, o cümlədən İran səviyyəsində böhtan atmaq istəyirlər. Biz bu böhtana etirazımızı bildirmişik. O ki qaldı İran səfirliyi qarşısında keçirilən piketlərdə İranın dini rəhbərinin portretinin qaldırılması ki, “Ermənistana dəstək verməkdən imtina et!”, “Anti-Azərbaycan fəaliyyətinin qarşısını alın!” - bu, çağırışdır. Burada böhtan, təhqir yoxdur.
- İranın Azərbaycandakı səfirinin Tehrana çağırılmasına münasibətinizi bilmək istərdik....
- Hər bir ölkənin öz səfirini ölkəyə çağırması, məsləhətləşmələr aparması təbiidir. Bu normal prosedurdur. Bunu dramatikləşdirmək lazım deyil. Faktiki olaraq dramatikləşən odur ki, İranın bəzi dairələri Azərbaycanın əleyhinə əsası olmayan anti-Azərbaycan təbliğatı aparırlar. Bir an içində bunu dayandırmalıdır. Azərbaycan hakimiyyətinin indiyədək İran, onun maraqları, regionda bu ölkəyə yanaşma, bu ölkə ilə beynəlxalq aləmin münasibətləri ilə bağlı səsləndirilən rəsmi açıqlamalarının cavabı hələ ki İran tərəfindən gəlməyib. Biz o rəsmi açıqlamaları İran tərəfindən gözləyirik.
- İranda saxlanılan iki azərbaycanlı şairin taleyinə hələ də rəsmi aydınlıq gətirilməyib. Bununla bağlı gözləntiləriniz nədir?
- Təəssüf olsun ki, biz bu məsələyə aydınlıq gətirə bilmirik. Çünki heç bir məlumat yoxdur. Hesab edirik ki, bu cür hallar iki ölkə arasındakı münasibətlərə ziyan vurur.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
AK Partiyanın sədr müavini: Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır
Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər
Rusiya ordusu Kiyev–Nikolayev sərnişin qatarını vurub
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb - FOTO
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
SEPAH ABŞ-a məxsus 52-ci MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Messi Argentina millisində vida oyunu keçirəcək
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəyəcək
TDT-nin Baş katibi: Orta Dəhliz Asiya ilə Avropa arasında türk regionundan keçən strateji bağlantıdır
CBS İranın hücumlarından sonra ABŞ-ın hərbi obyektlərində dağıntıların görüntülərini yayıb - FOTO
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilir - FOTO
Fövqəladə Hallar Nazirliyi cəzaçəkmə müəssisəsində təlim keçirib - VİDEO
Bakıda maşın piyadanı vuraraq öldürüb
Azərbaycan neftinin qiyməti 128 dollar olub
Bu günün valyuta məzənnələri
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
Nyu-york birjasında təbii qazın dəyəri azalıb
“Brent” nefti ucuzlaşıb
Politico: Aİ vətəndaşlarının bir qismi Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir
Hikmət Hacıyev Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının inkişafı ilə bağlı müzakirələri yüksək qiymətləndirib
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
“Bitcoin”in qiyməti 76 min dollardan aşağı enib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Neftin qiyməti 108 dollara enib
Qlobal fond bazarlarında eniş davam edib
Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçalayıb
Los-Ancelesdə avtobus qəzasını çəkən televiziya helikopteri qəzaya uğrayıb, 2 nəfər ölüb
Çinin “OrienSpace” şirkəti dəniz platformasından 9 peyk orbitə çıxarıb
Zukerberq süni intellekt tərtibatçılarını öz modellərinin təhlükəsizliyinə görə məsuliyyət daşımağa çağırıb
Fransa müdafiə sənayesində 100 min yeni işçi cəlb etməyi planlaşdırır
Argentina Malvin adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini XİN-ə çağırıb
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL