Sülhəddin Əkbərin Açıq Cəmiyyət Partiyasının sədri vəzifəsinə gətirilməsi razılaşdırılıb
ACP-dəki mənbə onu da bildirib ki, bu məsələnin gizli saxlanılmasına səbəb partiyadaxili parçalanmanın başa verməsinin qarşısını almaqdır. Hazırda bu məlumatı partiyada məhdud sayda şəxslər bilir.
Məsələyə ACP sədri Vaqif Mahmudovun münasibətini öyrənmək mümkün olmayıb. ACP liderinin müşaviri Ağasif Şakiroğlu isə hələlik bu mövzuda partiya liderindən rəsmi məlumat almadıqlarını söyləyib: “Görüşlə bağlı Rəsul Quliyev tərəfindən rəsmi açıqlama veriləcək. İstənilən halda bizim üçün partiyada əsas şəxs Rəsul Quliyevdir. Partiya sədrinin kimliyi təşkilatın siyasi xəttini dəyişməyəcək və Rəsul Quliyev nə desə, o da olacaq. Bu baş versə belə partiyada hər hansı narazılığın olacağını düşünmürəm. İnanıram ki, Vaqif Mahmudov sıravi üzv olaraq da partiyada öz fəaliyyətini davam etdirəcək. Hazırda isə partiya Vaqif Mahmudovun sədrliyi ilə fəaliyyət göstərir”.
ACP sədri Vaqif Mahmudov isə APA-ya deyib ki, partiyada kiminsə sədr vəzifəsinə təyin olunması, təşkilatın liderinin səlahiyyətindədir: “Partiya lideri Azərbaycanda olmadığından, Açıq Cəmiyyət Partiyasının buradakı məsələləri ilə sədr məşğul olur. Əslində isə partiyanın lideri qurumun birbaşa rəhbəridir”.
V. Mahmudov bildirib ki, Müsavat Partiyası Məclisinin keçmiş sədri Sülhəddin Əkbərin ACP sədrliyinə gətirilməsi məsələsinin razılaşdırılmasına dair məlumatı yoxdur: “Təşkilatın sədri isə faktiki olaraq, liderin köməkçisi və ya birinci müavinidir. Digər tərəfdən, prosedur qayda var və bu məsələ Ali Məclisdə həll oluna bilər. Burada da narahatlıq doğuran məsələ yoxdur. Partiyanın lideri Ali Məclisə təqdimat verdikdən sonra ACP sədrinin kimliyinin müəyyənləşməsində heç bir narahatlıq ola bilməz. Məclisin qəbul etdiyi istənilən şəxs partiyanın sədri ola bilər”.
V. Mahmudov partiyanın Ali Məclisin iclasının yaxın günlərdə keçiriləcəyini də istisna etməyib.
Qeyd edək ki, Müsavat Partiyası Məclisinin keçmiş sədri Sülhəddin Əkbər hazırda Avroatlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəridir.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
AK Partiyanın sədr müavini: Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır
Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər
Rusiya ordusu Kiyev–Nikolayev sərnişin qatarını vurub
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb - FOTO
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
SEPAH ABŞ-a məxsus 52-ci MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Messi Argentina millisində vida oyunu keçirəcək
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəyəcək
TDT-nin Baş katibi: Orta Dəhliz Asiya ilə Avropa arasında türk regionundan keçən strateji bağlantıdır
CBS İranın hücumlarından sonra ABŞ-ın hərbi obyektlərində dağıntıların görüntülərini yayıb - FOTO
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilir - FOTO
Fövqəladə Hallar Nazirliyi cəzaçəkmə müəssisəsində təlim keçirib - VİDEO
Bakıda maşın piyadanı vuraraq öldürüb
Azərbaycan neftinin qiyməti 128 dollar olub
Bu günün valyuta məzənnələri
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
Nyu-york birjasında təbii qazın dəyəri azalıb
“Brent” nefti ucuzlaşıb
Politico: Aİ vətəndaşlarının bir qismi Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir
Hikmət Hacıyev Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının inkişafı ilə bağlı müzakirələri yüksək qiymətləndirib
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
“Bitcoin”in qiyməti 76 min dollardan aşağı enib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Neftin qiyməti 108 dollara enib
Qlobal fond bazarlarında eniş davam edib
Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçalayıb
Los-Ancelesdə avtobus qəzasını çəkən televiziya helikopteri qəzaya uğrayıb, 2 nəfər ölüb
Çinin “OrienSpace” şirkəti dəniz platformasından 9 peyk orbitə çıxarıb
Zukerberq süni intellekt tərtibatçılarını öz modellərinin təhlükəsizliyinə görə məsuliyyət daşımağa çağırıb
Fransa müdafiə sənayesində 100 min yeni işçi cəlb etməyi planlaşdırır
Argentina Malvin adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini XİN-ə çağırıb
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL