Bank Of Baku

İctimai Palata Dənizkənarı Milli Parkda “xalq gəzintisi” adlı aksiya keçirməyə cəhd edib

İctimai Palata Dənizkənarı Milli Parkda “xalq gəzintisi” adlı aksiya keçirməyə cəhd edib
# 25 may 2012 16:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün İctimai Palata Dənizkənarı Milli Parkın ərazisində “xalq gəzintisi” adlı aksiya keçirməyə cəhd edib.

APA-nın məlumatına görə, saat 17.00-da “Sahil” metrosu yaxınlığında toplaşan aksiya iştirakçıları müxtəlif istiqamətlərdən Dənizkənarı Milli Park ərazisinə doğru hərəkət ediblər.

Onlardan bəziləri siyasi şüarlar səsləndirməyə başlayıblar.
Əraziyə polis cəlb olunub, aksiya iştirakçılarından bir neçə nəfər saxlanaraq Səbayel Rayon Polis İdarəsinə aparılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR