Bank Of Baku

İctimai Palatanın “Xalq Gəzintisi” zamanı saxlanılan müxalifət fəallarına inzibati cəza verilib

İctimai Palatanın “Xalq Gəzintisi” zamanı saxlanılan müxalifət fəallarına inzibati cəza verilib
# 26 may 2012 12:26 (UTC +04:00)
Bakı - APA. Mayın 25-də Azərbaycan paytaxtında, Dənizkənarı Milli Parkda İctimai Palatanın “Xalq Gəzintisi” zamanı saxlanılan 3 müxalifət fəalı məhkəmənin hökmü ilə inzibati həbs cəzasına məhkum edilib.

İctimai Palatanın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bunlar Cəmil Hacıyev (6 sutka, ADP), Rövşən Nəsirli (5 sutka, bitərəf) və Dəyanət Babayevdir (6 sutka, AXCP).

Bundan başqa, 15-dən artıq müxalifət fəalı müxtəlif məbləğlərdə cərimələnib və məhkəmə qərarı ilə xəbərdarlıq olunub.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun verdiyi məlumata görə, hazırda Səbayel Rayon Məhkəməsində müxalifət fəallının işinə baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR