Bank Of Baku

Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyası dayandırılıb

Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyası dayandırılıb
# 26 may 2012 14:14 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palatanın Koordinasiya Şurasının xahişi ilə Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyası dayandırılıb.

İctimai Palatanın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, Koordinasiya Şurasının aksiya iştirakçılarına etdiyi müraciətdə qeyd edilib ki, aclıq aksiyasının məqsədi Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.

Koordinasiya Şurası hesab edir ki, aksiya iştirakçıları məqsədlərinə nail olub, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələri aksiya iştirakçılarının tələblərini dünya ictimaiyyətinə çatdırıb. Koordinasiya Şurası eyni zamanda aclıq edən xanımların səhhətinin pisləşməsini nəzərə alaraq aksiyanın dayandırılmasını xahiş edib.

Qeyd edək ki, aclıq aksiyası 12 gün davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR