Bank Of Baku

Azərbaycan prezidenti Dənizkənarı Milli Parkın ərazisində “Kiçik Venesiya şəhərciyi”nin açılışında iştirak edib

Azərbaycan prezidenti Dənizkənarı Milli Parkın ərazisində “Kiçik Venesiya şəhərciyi”nin açılışında iştirak edib
# 28 may 2012 09:58 (UTC +04:00)
Bakı-APA. Bu gün Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi” əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. APA-nın məlumatına görə, prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
“Kiçik Venesiya şəhərciyi” 1960-cı ildə istifadə verilib. 2011-ci il martın 30-da dövlət başçısı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən “Kiçik Venesiya şəhərciyi”nin yenidən qurulması ilə bağlı göstəriş verib. Prezident İlham Əliyevə məlumat verilib ki, əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilib, yeni qayıqlar gətirilib, əlavə körpülər və iki restoran inşa edilib. Restoranlardan biri Qərb, digəri isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edəcək.
Görülmüş işlərdən razılığını bildirən dövlət başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının burada istirahətinin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Sonra Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binada görülən işlərlə maraqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR