Bank Of Baku

İctimai Palatanın rəhbərliyi və üzvləri Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib

İctimai Palatanın rəhbərliyi və üzvləri Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib
# 28 may 2012 12:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün İctimai Palatanın (İP) rəhbərliyi və bu qurumun üzvləri 28 may-Respublika Günü münasibətilə Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən abidəsini ziyarət edib. İP üzvü, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun APA-ya verdiyi məlumata görə, anım mərasimində İP Koordinasiya Şurasının üzvləri, o cümlədən Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, İbrahim İbrahimli və başqaları çıxış ediblər.

T. Yaqublu Rəsulzadənin abidəsinin ətrafının abadlaşdırıldığını deyərək, bunu müsbət addım kimi qiymətləndirib.

Tədbir iştirakçıları qəsəbə qəbiristanlığında Rəsulzadənin yaxınlarının məzarını, daha sonra isə Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR