Bank Of Baku

ACP-nin Ali Məclisinin növbədənkənar iclasının tarixi məlum olub

ACP-nin Ali Məclisinin növbədənkənar iclasının tarixi məlum olub
# 28 may 2012 19:53 (UTC +04:00)
Bakı.Ramil Məmmədli-APA. Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin növbədənkənar iclasının tarixi məlum olub.
ACP liderinin müşaviri Ağasif Şakiroğlunun APA-ya verdiyi xəbərə görə, iclas mayın 29-da Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçiriləcək. İclasda partiyanın fəaliyyəti istiqamətində dəyişikliklər ilə yanaşı kadr dəyişikliyi də müzakirə olunacaq. ACP Ali Məclisinin lideri Rəsul Quliyevin təqdimatı əsasında bu partiyanın sədri postuna Müsavat partiyasının Məclisinin sabiq sədri Sülhəddin Əkbərin namizədliyi müzakirə olunacaq.
Qeyd edək ki, Sülhəddin Əkbərin ACP-yə sədrlik məsələsi onun bir müddət əvvəl xarici dövlətlərin birində Rəsul Quliyevlə görüşü zaman razılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR