Bank Of Baku

Sülhəddin Əkbər ACP sədri seçilib

Sülhəddin Əkbər ACP sədri seçilib
# 29 may 2012 09:11 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda partiya sədri Vaqif Mahmudov hesabat xarakterli çıxış edərək, ACP-nin ölkə siyasətindəki rolu, müxalifətin inteqrasiyası istiqamətində atdığı addımlar barədə danışıb.
ACP lideri Rəsul Quliyev internet vasitəsilə məclisin toplantısına qatılıb. R. Quliyev partiyanın təşkilatlanması və fəaliyyətində ciddi irəliləyişlərə nail olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, ACP siyasi proseslərin önündə getməklə ölkə siyasətində xüsusi rol oynamalıdır. R. Quliyevin partiya sədri vəzifəsinə Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərin namizədliyini irəli sürüb. O bu təqdimatla çıxış etməsini S. Əkbərin ölkə siyasi arenasında kifayət qədər tanınmış şəxs olması, siyasi prosesləri dərindən bilməsi, bacarıqlı təşkilatçı olması ilə əlaqələndirib.

Tədbirdə S. Əkbər də çıxış edib. O sədr seçiləcəyi təqdirə ACP-nin məqsəd və məramlarının nədən ibarət olacağını açıqlayıb.
Daha sonra V. Mahmudov partiya Ali Məclisindən istefasını qəbul etməyi, S. Əkbərin namizədliyini dəstəkləməyi xahiş edib. Səsvermə nəticəsində S. Əkbər ACP sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR