Bank Of Baku

Oqtay Əsədov: “Eurovision-2012” müsabiqəsinin yüksək səviyyədə təşkil olunması Azərbaycana qarşı olan bəzi qüvvələrdə qısqanclıq doğurub”

Oqtay Əsədov: “Eurovision-2012” müsabiqəsinin yüksək səviyyədə təşkil olunması Azərbaycana qarşı olan bəzi qüvvələrdə qısqanclıq doğurub”
# 29 may 2012 09:29 (UTC +04:00)
Bu fikirləri Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədov deyib.

Spiker bildirib ki, bu möhtəşəm tədbir bəzi anti-Azərbaycan qüvvələrində narazılıq yaradıb: “Bəzi ölkələrin mətbuatında gedən fikirləri eşitdik. Bu, Azərbaycana göstərilən qısqanclıq idi.”
O. Əsədov Avropa Parlamentinin mayın 24-də qəbul etdiyi qətnaməni tənqid edib: “Təəssüflər olsun ki, mayın 24-də 750 deputatdan yalnız 56 deputatın iştirakı ilə Azərbaycana qarşı qətnamə qəbul edilib. Mən bu qətnaməni pisləyirəm”.

O. Əsədov deyib ki, qətnaməyə Azərbaycanın müstəqil siyasətinə qısqanclıqla yanaşanlar, anti-Azərbaycan qüvvələri, erməni lobbisinin təsiri altına düşmüş bəzi qüvvələr imza atıb.

Qətnamə ilə bağlı Səməd Seyidov və Azay Quliyev də tənqidi fikirlər səsləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR