Bank Of Baku

Sülhəddin Əkbər: “Rəsul Quliyevlə strateji və taktiki məsələlərdə fikirlərimiz üst-üstə düşür”

Sülhəddin Əkbər: “Rəsul Quliyevlə strateji və taktiki məsələlərdə fikirlərimiz üst-üstə düşür”
# 29 may 2012 13:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Rəsul Quliyevlə görüşdə belə qənaətə gəldim ki, strateji və taktiki məsələlərdə fikirlərimiz üst-üstə düşür. Azərbaycanda demokratiyaya keçidin zərurəti bu qərarı qəbul etməyimdə önəmli rol oynadı. Yenidən özümdə aktiv siyasi proseslərə qayıtmaq ehtiyacı hiss etdim. Bu prosesi həyata keçirmək üçün ən uyğun yer Açıq Cəmiyyət Partiyasıdır”. Bu sözləri APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) yeni seçilən sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, R. Quliyevin təklifini qəbul etməsi ideoloji məsələdir: “Digər səbəb isə demokratik qüvvələrin konsolidasiyasına nail olunmasıdır. ACP liderinin bu məsələdə xüsusi rol oynayacağına inanıram”.

Müsavat Partiyasından istefa verməsinə də toxunan S. Əkbər bu addımını Müsavat rəhbəri ilə aralarındakı fikir ayrılığı ilə əsaslandırıb: “Müsavat Partiyasından 2010-cu il noyabrın sonunda istefa vermişdim və bunun səbəblərini də açıqlamışam. İstefamın səbəbləri çox olsa da, əsas məsələ Azərbaycanın siyasi inkişaf perspektivi ilə bağlı strateji fikir fərqliliyinin yaranması idi. Bu fikir ziddiyyətimizi Müsavat Partiyasının başqanı İsa Qəmbərlə həll edə bilmədiyimizdən, istefa vermək məcburiyyətində qaldım. Amma bu strateji məsələlərdə Rəsul Quliyevlə demək olar ki, eyni mövqedəyik. Düşünürəm ki, Rəsul Quliyevlə birgə bu strategiyanı həyata keçirə biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR