Bank Of Baku

AMİP-in yubiley tədbirləri iyul-sentyabr aylarında keçiriləcək

AMİP-in yubiley tədbirləri iyul-sentyabr aylarında keçiriləcək
# 29 may 2012 14:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının (MŞ) növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Mərkəzi Şuranın sədri Rəşad Bayramov çıxış edib. O, çıxışında ölkədəki ictimai-siyasi vəziyyət, demokratikləşmə prosesi, insan hüquqları, beynəlxalq siyasi vəziyyət, Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərinə toxunub.

AMİP Mərkəzi Şurasının 7 bənddən ibarət qətnaməsi qəbul olunub. Qətnamədə bildirilir ki, vətəndaşların hüquq və azadlıqları təmin edilməli, siyasi fəaliyyətinə görə həbs olunanlar azadlığa buraxılmalı, demokratik təsisatların inkişafı və fəaliyyətinə şərait yaradılmalı, Azərbaycanın maddi və mənəvi sərvətlərinin bölüşdürülməsində ədalət prinsipi qorunmalı, ölkənin avroatlantik məkana inteqrasiyası sürətləndirilməli, güneydəki soydaşlarımızın təşkilatlanması və mübarizəsinə bütün mümkün vasitələrlə dəstək verilməlidir.

Daha sonra AMİP-in 20 illik yubileyi ilə bağlı tədbirlər haqqında məlumat verilərək bildirilib ki, tədbirlər iyul-sentyabr aylarında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR