Bank Of Baku

Azərbaycanda seçicilərin sayı 50 min nəfər artıb

Azərbaycanda seçicilərin sayı 50 min nəfər artıb
# 30 may 2012 13:42 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbir zamanı MSK üzvləri və mətbuat nümayəndələri dairə seçki komissiyalarına qaytarılacaq seçici siyahılarının çap prosesi və saxlanma şəraiti ilə tanış olublar.

MSK katibi Natiq Məmmədov isə jurnalistlərə açıqlamasında bildirib ki, ölkə üzrə seçici siyahısı yenidən tərtib edilib. Bu proses dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib: “Azərbaycanda 4 922 600 səsvermə hüququ olan şəxs var. 2011-ci illə müqayisədə bu rəqəm 50 min nəfər artıb”. N. Məmmədov seçici siyahısının yaxın 15 gün ərzində çap olunacağını da qeyd edib.

MSK katibi deyib ki, seçicilərin daimi siyahısı 2012-ci ilin fevralın 5-dək dairə seçki komissiyalarına təhvil verilib: “Seçici siyahılarının hazırlanmasında Daxili İşlər və Ədliyyə nazirlikləri, icra hakimiyyəti orqanları, o cümlədən bələdiyyələrin dəstəyindən istifadə edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR