Bank Of Baku

Azərbaycanın hakim partiyası Neftçalada YAP üzvlərinin aclıq aksiyası keçirməsi barədə xəbərlərə münasibət bildirib

Azərbaycanın hakim partiyası Neftçalada YAP üzvlərinin aclıq aksiyası keçirməsi barədə xəbərlərə münasibət bildirib
# 30 may 2012 16:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Yeni Azərbaycan Partiyası (YAP) bəzi qəzetlər tərəfindən Neftçala rayonunda guya YAP üzvü olan Natiq Hüseynovun və digər iki nəfər şəxsin aclıq aksiyası keçirməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Partiyanın mətbuat xidmətindən APA-ya bildirilib ki, qəzetlərdə adları qeyd olunan şəxslərdən yalnız Natiq Hüseynov Yeni Azərbaycan Partiyasının sıralarında olub və bir il əvvəl YAP-ın Nizamnamə tələblərinə əməl etmədiyinə görə partiyanın sıralarından xaric edilib: “Qəzetlərdə adları qeyd olunan digər iki nəfər isə Yeni Azərbaycan Partiyasının üzvü deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR