Bank Of Baku

Əli Həsənov: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycanı Afrika ölkəsi kimi görür, amma yanılırlar” - FOTOSESSİYA

Əli Həsənov: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycanı Afrika ölkəsi kimi görür, amma yanılırlar” - <font color=red>FOTOSESSİYA</font>
# 31 may 2012 09:28 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iştirak edib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının prezidenti Azay Quliyev 2007-ci ildə Azərbaycanda QHT-lərə dövlət dəstəyi Konsepsiyasının hazırlandığını xatırladıb. Bu sənədin qəbulundan sonra QHT-lərin fəaliyyətində canlanma olduğunu deyən A. Quliyev, hazırda QHT-lərin fəaliyyətinə əlavə dəstək verilməsi məqsədilə bir sıra sənədlərin hazırlanması üzərində iş aparıldığını açıqlayıb.

Ə. Həsənov çıxışında bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində QHT-lərin mahiyyəti siyasi partiyaların mahiyyəti ilə eyni idi: “Ona görə də nə hakimiyyət QHT-lərin mahiyyətini anlayır, nə də onlar öz mahiyyətlərini bilirdilər. 1992-1998-ci illərdə hakimiyyət və QHT-lər bir-birlərinə rəqib kimi baxırdılar”. 1998-ci ildə ölkədə “Qrantlar haqqında” qanunun qəbulu ilə QHT-lərin fəaliyyətinə təkan verildiyini söyləyən Ə. Həsənovun sözlərinə görə, 1998-2002-ci illərdə münasibətlər normallaşmağa başlayıb: “Biz QHT-lər qarşısında başıuca və üzüağıq”.

Ə. Həsənov qeyd edib ki, bəzi QHT-lər və beynəlxalq təşkilatlar – Norveç İnsan Hüquqları Evi, “Amnesty İnternational”, “Human Rights Wath” Azərbaycanı Afrika ölkəsi kimi görürlər: “Elə bilirlər Azərbaycan onların ayağına qaçmalıdır. Amma yanılırlar, Azərbaycan Afrika ölkəsi deyil. Azərbaycan xalqı Avropa xalqlarının çoxundan əvvəl demokratik dövlət qurub. Azərbaycan dünyanın qabaqcıl millətləri arasında həmişə fərqlənib, seçilib. Bu gün bəzi təşkilatlar özləri müstəqil olmaya-olmaya bizə qara yaxmağa çalışırlar. İyirmi ildir Azərbaycan xalqı Ermənistanın təcavüzünə məruz qalıb. Qaçqınlar, məcburi köçkünlər var. Yazılmır ki, bu dövlət bir milyon qaçqına ev sahibliyi edir, transmilli problemlərlə mübarizə aparır, Cənubi Qafqazda alternativ siyasət yürüdür, dövlət siyasətinə müdaxilələrin qarşısını alır. Yazılır ki, hansısa şəxs zəbt etdiyi evdən çıxarılır, hansısa partiyanın hüququ pozulur. Görək hansı ölkədə mətbuat orqanları bu qədər bildiyini yazır, dövlət başçısını, onun ailəsini, dövlət məmurlarını tənqid edir, böhtan atır. Ştrasser kimi heç bir nüfuzu olmayan iki-üç adam durub sənəd qəbul edir. Bu gün Avropa Birliyi ölkələrində böhran baş alıb gedir, işsizlikdir. Kim onların cavabını verəcək? CNN, BBC, “Euronews” kimi kanallar ancaq bir şeyi verir - ölkələrin hakimiyyətləri pisdir. İran zorla bizə gey demək istəyir. Homoseksualist deyir. Alnını möhürə vuran, ibadət edən insan məsciddən çıxıb camaat qarşısında yalan danışmaz. İndi də deyirlər, Azərbaycanı qorxutduq, gey parad keçirilmədi”.

Ə. Həsənov müxalifətin ünvanına da tənqidlər səsləndirib və onları anti-Azərbaycan fəaliyyətində günahlandırıb.

Tədbirdə Azərbaycan QHT-ləri tərəfindən Avropa Parlamentinin qətnaməsinə və bir sıra beynəlxalq təşkilatların “Evrovision” ərəfəsində Azərbaycanla bağlı qəbul etdiyi sənədlərə etiraz olaraq bəyanat qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR