Bank Of Baku

Əli Həsənov: “Anti-Azərbaycan platformasında birləşən müxalifət hələ də hesab edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər”

Əli Həsənov: “Anti-Azərbaycan platformasında birləşən müxalifət hələ də hesab edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər”
# 31 may 2012 09:36 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov müxalifətdəki partiya sədrlərindən bir çoxunun Qarabağdan olduğunu, müharibəni yaşadığını bildirib: “Lakin onları Dağlıq Qarabağ deyil, hakimiyyətə gəlmək maraqlandırır. Onlara isə hakimiyyəti kimin verəcəyini yaxşı bilirlər. Lakin bunun üçün Azərbaycanı işğal etmək, azərbaycanlıların meyiti üzərindən keçmək lazımdır. Biz qətiyyən demirik ki, Azərbaycanda hüquqları tapdanan yoxdur. Anti-Azərbaycan platformasında birləşən müxalifət isə hələ də hesab edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər. Öz xalqı qarşısında hesabat verməyən insanlar hakimiyyətə gəlmək istəyirlər. Xalqın etimadına söykənməyən heç bir qurum möhkəm ola bilməz. Guya xalq gəzintisi keçirirlər. Bir nəfər çıxıb desin ki, harada belə xalq gəzintisi olub? Hansı xalq yürüşü zamanı xarici jurnalist görən kimi özünü yerə çırpıb, çığırıb? Müxalifətin təşkil etdiyi xalq yürüşündə isə məhz belə hallar oldu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR