AMİP və ACP rəhbərliyi arasında görüş keçirilib

AMİP və ACP rəhbərliyi arasında görüş keçirilib
# 08 iyun 2012 10:35 (UTC +04:00)
Bakı – APA. AMİP qərargahında partiya rəhbərliyi ilə ACP sədri Sülhəddin Əkbər arasında görüş keçirilib. AMİP-dən APA-ya verilən xəbərə görə, S. Əkbər ACP sədri olaraq fəaliyyəti və görəcəyi işlər barədə danışıb. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparılıb. Müxalifət qüvvələri arasında əməkdaşlıq perspektivləri və partiyalar arasında inteqrasiyanın vacibliyini bildirən partiya rəhbərləri gələcəkdə də bu kimi görüşlərin davam etdirilməsinin zəruri olduğunu qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR