ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
11 iyun 2012 11:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
İdarə Heyəti üzvləri son günlər təmas bölgəsində atəşkəsin pozulması nəticəsində orduda baş verən itkilərdən ciddi narahat olduğunu bildirib, hakimiyyəti ordu quruculuğunu artırmağa və sərhəd bölgələrində ayıq-sayıqlığın təmin edilməsi istiqamətində addımlar atmağa, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini onların diqqətinə çatdırmağa çağırıblar.
İdarə Heyəti üzvləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Suriya məsələsini Qarabağ problemi ilə eyniləşdirən bəyanatla çıxış etməsini narahatlıqla qarşılayıblar. Onlar ATƏT-in Minsk qrupunun üzvlərinin Dağlıq Qarabağın separatçı rejimi ilə görüşməsini pisləyib və bu cür görüşlərin sülh danışıqlarının gedişində Minsk qrupunun tərəfsiz mövqe saxlaması barədə üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu bildiriblər. Partiya yetkililəri ABŞ xarici siyasət idarəsinin başçısı Hillari Klintonun Azərbaycana səfərinin nəticələrinə də diqqət çəkiblər.
İdarə Heyəti üzvləri Suriyada yaşanan qanlı olaylardan və bu olaylar nəticəsində davamlı olaraq baş verən insan itkilərindən bir daha narahat olduğunu da bildiriblər.

Daxili siyasət
MSK daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
16:37
27 may 2024
Milli Məclisin yaz sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb
16:31
27 may 2024
Azərbaycanda ən yaşlı qadın seçicinin 134, kişi seçicinin 109 yaşı var
16:26
27 may 2024
Azərbaycanda seçicilərin sayı açıqlanıb
16:14
27 may 2024