Azərbaycan Milli Məclisi sabiq prezident və onun ailə üzvlərinin təminatı haqqında qanunu qəbul edib
Daha sonra səsvermə keçirilib və qanun qəbul edilib.
Qanun Konstitusiyanın 107-ci maddəsi ilə vəzifəsindən azad edilmiş prezidentlər istisna olmaqla, əvvəllər prezident olmuş şəxslərə şamil ediləcək. Azərbaycanda belə hal olmadığından, bu qanun əvvəllər prezident olmuş bütün şəxslərə şamil olunacaq.
Qanunla sabiq prezidentlərə və onun ailə üzvlərinə bir sıra imtiyazlar verilib.
Qanun 12 maddədən ibarətdir. Keçmiş prezident adının kimlərə şamil olunması ilə bağlı maddəyə əsasən “keçmiş prezident” Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş, prezident vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur. Qanunda keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib. Öhdədə olan uşaq dedikdə vəfat etmiş prezidentin 18 yaşına çatmamış və onun öhdəsində olan uşaq, o cümlədən övladlığa götürülmüş uşaq və ya ögey uşağı nəzərdə tutulur.
Qanuna əsasən, keçmiş prezidentin pensiyası prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 50 faizinə bərabər götürülür. Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında vəzifəsindən uzaqlaşdırılmış prezident bu qanunda nəzərdə tutulmuş pensiyanı almaq hüququna malik deyil.
Sənəddə vəfat etmiş prezidentin həyat yoldaşına və öhdəsində olan ailə üzvünə ödənməli olan müavinət məsələsi də əksini tapıb. Belə ki, keçmiş prezidentin vəfat etməsindən sonra onun həyat yoldaşı və ya həyat yoldaşı olmadıqda, öhdəsində olan uşağa aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödənilməlidir. Keçmiş prezident səlahiyyət müddəti zamanı vəfat etdikdə onun həyat yoldaşı və öhdəsində olan uşağına prezidentə ödənilməli olan pensiyaya bərabər tutulan müavinət ödənilir. Öhdədə birdən artıq uşaq olduqda, ödənilməli olan müavinət bərabər hissələrə bölünməklə onlara ödəniləcək.
Qanunla keçmiş prezidentə pensiya və digər ödənişlər onun prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək ödənilməlidir. Keçmiş prezident vəfat etdikdə isə onun həyat yoldaşına vəfat etdiyi, öhdədə olan uşağa isə 18 yaşına çatdığı tarixədək ödənilməlidir. Ümumilikdə, pensiya və müavinətlərin ödənilməsi və digər təminatlar dövlət büdcəsində nəzərdə tutulacaq. Keçmiş prezidentlərə ödənilən pensiya və müavinət gəlir vergisinin tutulmasından azaddır.
Dövlət qulluğu üçün müəyyən olunmuş tibb təminatı üzrə hər hansı qanun və qaydaların müddəaları da keçmiş prezident və onun ailə üzvlərinə şamil olunacaq.
Qanunda keçmiş prezidentlər üçün 3 nəfər təhlükəsizlik heyəti, bir sürücü, bir xidməti avtomobil verilməsi, prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 20 faizi məbləğində nümayəndəlik xərclərinin ödənilməsi, keçmiş prezident və onun həyat yoldaşına ömürlük diplomatik pasport verilməsi nəzərdə tutulur.
Keçmiş prezident seçilməmişdən əvvəl və ya prezident səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onun həyat yoldaşı da keçmiş prezidentin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrlərdə etdiyi hərəkətlərə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunmayacaq.
Keçmiş prezident və onun həyat yoldaşı Baş Prokurorun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz. Lakin keçmiş prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
Sabahın havası
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib - YENİLƏNİB
Güclü leysan Gürcüstanın Telavi şəhəri su altında qoyub - VİDEO
İsrail niyə erməni soyqırımının tanınması təşəbbüsünü dayandırdı?
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib - FOTO - VİDEO
Marko Rubio Venesuelanı uzaqdan idarə edir
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir - FOTOLENT - YENİLƏNİB
Bəqayi Əraqçinin Omana səfərinin detalları barədə danışıb
Qətərin keçmiş əmiri vəfat edib
SEPAH: Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub
Pakistanın xarici işlər naziri Əraqçi ilə telefon danışığı edib, İran və ABŞ-ı gərginliyi azaltmağa çağırıb
Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb
ABŞ senatoru Lindsi Qrem vəfat edib
Konqoda daha bir ABŞ vətəndaşında Ebola virusu aşkarlanıb
DÇ-26: Argentina İsveçrə qarşılaşmasından sonra Xulian Alvares oyunun ən yaxşısı adına layiq görülüb
Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə hücum edib, ölənlər var
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
ABŞ-ın hücumuna cavab olaraq, İran körfəz ölkələrinə raket və PUA hücumları edib - YENİLƏNİB
Kanadada festival zamanı silahlı insident olub, 2 nəfər ölüb, yaralılar var
Finlandiya Rusiyadan dəmir yolu keçid məntəqələrinin bağlanması ilə bağlı bildiriş alıb
Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib
UFC 329: Maks Hollouey Konor Makqreqoru texniki nokautla məğlub edib
CENTCOM: İrana qarşı bu həftənin üçüncü hava zərbələri başa çatıb, 140 hərbi obyektə zərbə endirilib
DÇ-2026: Argentina yarımfinala yüksəlib
NYT: "Helsing" şirkəti Almaniyanın cənubundakı məxfi zavodda PUA istehsal edir
Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTO - YENİLƏNİB
Fitso: NATO sammitində Rusiya ilə dialoqa maraq nümayiş etdirilib
KİV: Kiyevin HHM sistemləri Rusiyanın yeni zərbələrinin qarşısını almaqda çətinlik çəkir
Polşa XİN: Paris və Varşava “nüvə çətiri” layihəsi üzrə məsləhətləşmələrə başlayıb
DÇ-2026: İngiltərə yarımfina yüksəlib
SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb
KİV: Avropa Hörmüz boğazından keçid üçün könüllü rüsum ödəməyə razılıq verə bilər
Kuba Prezidenti: Təhlükə Havana deyil, Vaşinqtondur
ABŞ hərbçiləri Beyrutda Livan ordusunun “pilot zonalar”da yerləşdirilməsi planını müzakirə edir
Oman Hörmüz boğazında gəmilərin iki marşrut üzrə hərəkətini təklif edib
Tovuzda yaşayış evində baş verən yanğın söndürülüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB
Biləcəridə marketdə bıçaqlanma hadisəsi baş verib
Zaqatalada yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Tovuz döyüşlərindən 6 il ötür
CBS: ABŞ nümayəndələri Omanda İran üzrə məsləhətləşmələrdə iştirak etmir
Oman və İran Hörmüz boğazında təhlükəsizlik üzrə danışıqları davam etdirəcək
Tramp növbəti tibbi müayinədən “əla” nəticə ilə keçdiyini bildirib
Mingəçevirdə 24 yaşlı gənc suda boğularaq ölüb
Linda Noskova “Uimbldon” turnirinin qalibi olub
Çin aviaşirkətləri qasırğa səbəbindən 2,8 mindən çox reysi ləğv etməyi planlaşdırır
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
Prezidentin sosial media hesablarında Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşünə dair paylaşım edilib - VİDEO
Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirilib, polis hadisəni törədən şəxsi saxlayıb
Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir