Məzahir Pənahov Gürcüstan MSK-nın sədri ilə görüşüb

Məzahir Pənahov Gürcüstan MSK-nın sədri ilə görüşüb
# 13 iyun 2012 16:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Gürcüstan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zurab Karataşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan MSK-da bu qurumun sədri Məzahir Pənahovla görüşüb. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov qeyd edib ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası bir çox beynəlxalq qurumlarla, o cümlədən ölkələrin seçki qurumları ilə yüksək səviyyəli əməkdaşlıq edir və qonşu Gürcüstanın da bu sırada olmasından çox məmnundur: “İki ölkə arasında mehriban qonşuluq münasibətlərinin ali seçki qurumlarına da sirayət etməsi çox sevindirici haldır”.

Zurab Karataşvili Azərbaycan və Gürcüstanın ali seçki qurumları arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə tərəfdar olduğunu qeyd edib. O, Azərbaycan MSK-nın sədrini bu ilin oktyabr ayında Gürcüstan parlamentinə keçiriləcək seçkilərə müşahidəçi kimi dəvət edib.

Görüşdə hər iki seçki komissiyasının sədri qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi qeyd etmiş, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıblar.

Daha sonra M. Pənahov qonaqları Mərkəzi Seçki Komissiyasının iş şəraiti ilə, MSK-nın informasiya mərkəzi və veb-kameralara texniki baxış mərkəzi ilə tanış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR