Bank Of Baku

Lətif Hüseynov: “Beynəlxalq müqaviləni tətbiq etmək hakimlərin vəzifəsi olmalıdır”

Lətif Hüseynov: “Beynəlxalq müqaviləni tətbiq etmək hakimlərin vəzifəsi olmalıdır”
# 25 iyun 2012 09:40 (UTC +04:00)
Amma hakimlər bu konvensiyanın tətbiqinə çox yer vermirlər. Azərbaycan hakimləri də bütün digər ölkələrin hakimləri kimi daxili qanunların tətbiqinə daha çox yer verirlər. Əslində bu normal bir prosesdir və mən də buna normal baxıram. Amma bəzən elə hallar olur ki, bu zaman beynəlxalq müqaviləni tətbiq etmək lazım gəlir. Deyərdim ki, nəinki lazım gəlir, hətta bu hakimlərin vəzifəsi olmalıdır”. APA-nın məlumatına görə, bu açıqlamanı Məhkəmə Hakimləri və Hüquqşünaslar üçün Yay Məktəbinin sessiyasında çıxışı zamanı Avropa Şurası İşgəncələr, qeyri-insani və alçaldıcı rəftar və cəzaların qarşısının alnması üzrə Komitəsinin rəhbəri, Milli Məclisin şöbə müdiri Lətif Hüseynov deyib.

L. Hüseynov deyib ki, bəzən daxili qanunlarla konvensiya arasında ziddiyyətlər yaranır: “Bu zaman hakimlərin beynəlxalq müqaviləni tətbiq etməsi bir vəzifəyə çevrilir. Mən demirəm ki, əgər hakimlər digər qanunu yox, yalnız Avropa konvensiyasını tətbiq etsələr, hansısa beynəlxalq hüquq pozuntusu törətmiş olarlar. Yaxud da, əksinə”.

L. Hüseynov insan hüquqlarının qorunmasında dövlətin rolu barəsində də danışıb: “İnsan hüquqları təkcə dövlətdən müdafiə deyil, həm də dövlət vasitəsilə müdafiədir. Almaniya hüquq elminin insan hüquqları ilə bağlı belə bir konsepsiyası var. Klassik insan hüquqları isə bu məsələnin dövlətdən müdafiəsini özündə əks etdirir!.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR