Razi Nurulllayev: “Əli Kərimli prezidentliyə namizəd olmalıdır” - MÜSAHİBƏ
- İctimai Palatanın blok formatında prezident seçkisində iştirakını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, bu mümkündür. Amma eyni zamanda İctimai Palatanın missiyası preizdent seçkilərində iştirak etmək deyil. Bu qurum 2010-cu ildə yaradılan zaman parlement seçkilərinin nəticələrinin ləğvi, eyni zamanda alternativ fikir və düşüncə mərkəzi kimi formalaşıb. İndiyə qədər də uğurlu fəaliyyət həyata keçirib. Ən azından İctimai Palata beynəlxalq aləm tərəfindən qəbul olunub və Azərbaycanda da güc mərkəzidir. Amma burada cəmiyyətin müxtəlif təbəqə və spektrləri iştirak etdiyindən düşüncə və beyin mərkəzi kimi qalmalıdır. Amma bunu artıq prezident seçkiləri ilə bağlı vahid namizədə bağlamaq, onu dağıtmaq və müxalifətin ən uğurlu birliklərindən birini məhvə aparmaq Azərbaycan müxalifətinin məhvinə aparıb çıxara bilər.
- İctimai Palatanın prezident seçkilərində vahid namizəd məsələsi ilə bağlı fikirlərində müxtəlif yanaşmalar mövcuddur. Bu məsələnin həllini mümkün hesab edirsinizmi?
- Bu məsələdə həqiqəti demək lazımdır. İctimai Palatada vahid namizəd mübarizəsi və ya danışıqlar AXCP ilə Müsavat Partiyası arasında ola bilər. Çünki ən iddialı partiyalar bunlardır. Bu partiyalar öz aralarında razılığa gələrək vahid namizəd ortaya çıxararlarsa, o zaman artıq mənə belə gəlir ki, digər söhbətlərə ehtiyac qalmayacaq. Amma bu gün həmin məsələ ilə bağlı fikirlər həddindən artıq çoxdur. Açığı, bizim partiyamızın da prezident seçkilərində iştirak etmək niyyəti var. AXCP sədri Əli Kərimli çox qətiyyətlidir ki, o bu seçkilərdə iştirak etməlidir. Müsavat Partiyası haqda da eyni fikri söyləmək istəyirəm. Belə görünür ki, artıq bu partiyalar arasında vahid namizəd məsələsi öz həllini tapmayacaq. Mən isə onun tərəfdarıyam ki, vahid namizəd məsələsi ancaq İctimai Palata çərçivəsində həll olunmamalıdır və bundan faciə düzəltmək lazım deyil. Əgər İctimai Palata doğrudan da vahid namizəd müəyyən etmək istəmirsə, buna görə İctimai Palatanı dağıtmaq Azərbaycan müxalifətinə və xalqına ziyan vurmaq deməkdir. Bu gün hər bir namizədin seçkidə iştirak etmək haqqı var. Bu günə qədər də bizim partiya üzvlərinin fikri budur ki, Əli Kərimli prezident seçkilərində heç vaxt iştirak etməyib və bu səbəbdən də bu seçkiyə qatılmalıdır. Amma bütün bunlara baxmayaraq, AXCP bu məsələ ilə bağlı müəyyən danışıqlara və təkliflərə hazırdır. Bununla bərabər ictimai rəy də önəmli rol oynamalıdır. Ümumiyyətlə isə indidən vahid namizəd məsələsini ortaya atmaq və bununla da İctimai Palatanı zəiflətmək meylləri görməkdəyəm. AXCP-nin isə fikri İctimai Palatanın beyin və düşüncə mərkəzi kimi qorunub saxlanmasıdır. Bu gün ortaya konkret ideyalar atmaq və bunu şişirtmək məncə, müxalifətin özünə qarşı təxribatdır.
- Müsavat Partiyası tərəfindən İctimai Palatada vahid namizəd məsələsi həll olunmadığı təqdirdə qurumun funksiyasını dayandırması ilə bağlı təkliflər səslənir.
- AXCP bu kimi fikirləri qətiyyətlə bölüşmür. İctimai Palatanı dağıtmaq müxalifətə ən böyük zərbə ola bilər. Bu, Azərbaycan müxalifətinin xarici əlaqələrinə də təsir göstərə bilər. İctimai Palatanın dağılması müxalifətin birliyi haqda onların illüziyalarının məhv edilməsi deməkdir. Hesab edirik ki, İctimai Palatada vahid namizəd məsələsinin ortaya atılması bir separatizmə, dağıntılığa aparıb çıxara bilər.
- Belə olan təqdirdə vahid namizəd məsələsinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin nə zaman başlanmasını istərdiniz?
- Bilirsiniz, İctimai Palata AXCP və Müsavat Partiyasının birliyi deyil. Orada təmsil olunan tanınmış ziyalıların, vətəndaş cəmiyyəti təşkilatının üzvlərinin mövqelərinə niyə hörmətsizlik edilməlidir? Əgər bu iki partiya İctimai Palatanın dağılmasına gətirib çıxara biləcək addım atsa, digər müxalifət partiyalarının liderlərinin “İctimai Palata AXCP və Müsavat Partiyasından ibarətdir” fikrini təsdiq etmiş oluruq. Qurumun siyasi hərəkata çevrilməsinə, ziyalıların alət kimi istifadə edib dağıdılmasına imkan vermək olmaz. Bunlara görə kim cavab verəcək? İctimai Palata AXCP və Müsavatın təbii monopoliyasında olsa da, bundan sui istifadə edərək, həmin insanlara qarşı ədalətsizlik etmək düzgün deyil. Çünki yenidən bu insanları bir çətir altına toplamaq çox çətin olacaq. Digər tərəfdən “vahid namizəd” fikri demokratiyası oturşmamış ölkələrdə meydana gəlir. Başqa ölkələrdə onlarla namizəd ola bilər. Azərbaycan reallığında isə bu təbii ehtiyaclardan doğan məsələyə çevrilib. Reallıqlara uyğun olaraq, yeni taktikalar üzərində də işləmək olar. Vahid namizəd olmadı deyə, bədbinliyə qapılmaq olmaz. Hər bir halda AXCP İctimai Palatanın qorunub saxlanması üçün əlindən gələni edəcək.
- Vahid namizəd məsələsi AXCP üzvləri arasında necə qavranılır?
- Partiyada aşağıdan gələn ciddi tələb var. Əli Kərimli prezidentliyə namizəd olmalıdır. Bu cür daxili təzyiq var. Əlbəttə bu məsələdə İsa Qəmbəri də Əli Kərimlini də anlamaq olar. Hər bir halda İctimai Palatanın dağıdılmasına ehtiyac yoxdur.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Politico: Aİ vətəndaşlarının bir qismi Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir
Hikmət Hacıyev Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının inkişafı ilə bağlı müzakirələri yüksək qiymətləndirib
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
“Bitcoin”in qiyməti 76 min dollardan aşağı enib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Neftin qiyməti 108 dollara enib
Qlobal fond bazarlarında eniş davam edib
Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçalayıb
Los-Ancelesdə avtobus qəzasını çəkən televiziya helikopteri qəzaya uğrayıb, 2 nəfər ölüb
Çinin “OrienSpace” şirkəti dəniz platformasından 9 peyk orbitə çıxarıb
Zukerberq süni intellekt tərtibatçılarını öz modellərinin təhlükəsizliyinə görə məsuliyyət daşımağa çağırıb
Fransa müdafiə sənayesində 100 min yeni işçi cəlb etməyi planlaşdırır
Argentina Malvin adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini XİN-ə çağırıb
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
Tramp onun qərarlarını ləğv etdiyinə görə Ali Məhkəməni sərt tənqid edib
Avropa Parlamenti daxilində rüşvət, korrupsiya və islamofobiyanın mövcudluğu onun nüfuzuna ciddi zərbə vurur - RƏY
Almaniyada hərbi aerodrom yaxınlığında naməlum dron qəzaya uğrayıb
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
Asim Mollazadə: Ruben Rubinyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir - MÜSAHİBƏ
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Skott Bessent: ABŞ İran təhdidini bitirir
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Hörmüz boğazında hücuma məruz qalan tankerin 2 heyət üzvü itkin düşüb
Azərbaycanla AİB arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB