Bank Of Baku

BAXCP TANAP-ı dəstəkləyir

BAXCP TANAP-ı dəstəkləyir
# 02 iyul 2012 11:51 (UTC +04:00)
Bakı – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan məsələlərdən biri ötən həftə Trans Anadolu Qaz Boru kəməri (TANAP) layihəsinin reallaşdırılması haqqında ilkin razılaşmanın imzalanması ilə bağlı olub. BAXCP İdarə Heyəti razılaşmanı dəstəklədiyini bəyan edib və bu sənədi Azərbaycan-Türkiyə əməkdaşlığının gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR