Bank Of Baku

Müxalifət Ayaz Mütəllibovun siyasətdən getməsinə münasibət bildirib

Müxalifət Ayaz Mütəllibovun siyasətdən getməsinə münasibət bildirib
# 02 iyul 2012 15:33 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Müxalifət nümayəndələri eks-prezident Ayaz Mütəllibovun siyasətdən uzaqlaşdığını bəyan etməsinə münasibət bildiriblər.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu APA-ya açıqlamasında deyib ki, bu, A. Mütəllibovun şəxsi qərarıdır, lakin siyasətlə məşğul olsaydı belə, ölkə siyasətindən xeyli müddət kənarda qalması səbəbilə hansısa qeyri-adi uğurlara nail ola bilməzdi: “Çünki onu müdafiə edən partiyalar da Azərbaycanda güclü mövqeyə malik deyillər. Ayaz Mütəllibov uzun müddət mühacirətdə olub və onun haqqında cinayət işi vardı. Bu səbəbdən də o, Azərbaycana gələ bilmirdi. Ümumiyyətlə, Ayaz Mütəllibov Azərbaycanın ilk prezidenti olsa da, Azərbaycanın müstəqilliyini istəmirdi. Kommunist Partiyasının birinci katibi olduğu dövrdə Azərbaycanın müstəqilliyinə və onun uğrunda mübarizə aparan hərəkata qarşı olub. Ayaz Mütəllibov həm Azərbaycanın ilk prezidenti, həm də ölkənin müstəqilliyə qovuşmasında xidməti olan prezident kimi tarixə düşə bilərdi. Düşünürəm ki, o, bu şansı qaçırdı”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə A. Mütəllibovun qərarına hörmətlə yanaşdığını və ona uğurlar arzuladığını bildirib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da buna A. Mütəllibovun şəxsi qərarı kimi baxdığını söyləyib: “Görünür, o, ölkə siyasətində özünün iştirakını, ya da özünə aid bir rol görmədiyi üçün bu addımı atıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR