Gələn ilin ilk rübündə Tehranda Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti keçiriləcək
15 dekabr 2006 09:17 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, İranın xarici işlər naziri Manüçöhr Mottaki artıq sammitlə bağlı Qazaxıstan prezidenti Nursultan Nazarbayevə rəsmi dəvət göndərildiyini, prezidentin bu təklifə müsbət cavab verdiyini deyib. İran prezidentinin Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mehdi Səfəri isə ölkəsinin sahilyanı dövlətlərin iştirakı ilə sammit keçirilməsini məqsədəuyğun saydığını bildirib. “Əgər, o vaxta kimi Xəzərin hüquqi statusuna dair Konvensiya hazır olmasa belə, sahilyanı dövlətlərin regional əməkdaşlıq, təhlükəsizlik məsələləri ilə bağlı müzakirə edəcəyi çox məsələlər var”. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov isə Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində işləyən işçi qrupların fəaliyyətinin intensivləşdirilməsi haqqında razılıq əldə olunduğunu bildirib. Onun sözlərinə görə, artıq işçi qrupunun razılaşdıra bildiyi bəzi məqamlar var. XİN rəsmisi prezidentlərin Tehran sammitinə kimi Konvensiyanın əsas müddəalarının razılaşdırılmalı olduğunu deyib. /APA/
Daxili siyasət
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024
Milli Məclisin sədri: Azərbaycan dostluq şəraitində yaşayan müxtəlif etnik və dini qrupların evidir
10:53
2 may 2024