Azərbaycan parlamenti 2007-ci ildən avtomobil idxalında tətbiq olunacaq aksiz vergisinin dərəcələrini təsdiqləyib
15 dekabr 2006 13:00 (UTC +04:00)
APA-nın məlumatına görə, müvafiq qanun layihəsilə bağlı çıxış edən vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, gələn ildən Azərbaycana idxal olunan minik avtomobillərinə aksiz dərəcələrin tətbiqi qaydaları dəyişdirilir. Belə ki, mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda 1 kubsantimetrə görə 0,15 AZN məbləğində aksiz vergisi ödəniləcək. Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda “300 AZN + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər 1 kubsantimetrə görə 1 AZN” aksiz dərəcəsi təyin olunur. Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda “1300 AZN + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissə üçün hər 1 kubsantimetrə görə 2 AZN”, mühərrikin həcmi 4000 kubsantimetrdən çox olduqda isə “3300 AZN + mühərrikin həcminin 4000 kubsantimetrdən çox olan hissəsi üçün hər 1 kubsantimetrə görə 4 AZN” aksiz dərəcəsi təyin olunub. İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər nəqliyyat vasitələrinin idxalı zamanı mühərrikin həcminin hər 1 kubsantimetrinə görə 1 AZN məbləğində aksiz vergisi tutulacaq.
Müzakirələrdən sonra Vergi Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı müvafiq qanun layihəsi qəbul edilib. /APA/
Müzakirələrdən sonra Vergi Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı müvafiq qanun layihəsi qəbul edilib. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024