Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə müşavirə keçirilib
15 dekabr 2006 14:53 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğına Nəzarət Xidmətinin Binəqədi rayonunda yerləşən qərargahında nazir Kəmaləddin Heydərovun iştirakı ilə FHN əməkdaşlarının peşə bayramı münasibəti ilə geniş müşavirə keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən K. Heydərov qurumun fəaliyyət göstərdiyi dövrdə görülən işlər barədə danışıb. Nazir bildirib ki, bu müddətdə rəhbərlik etdiyi qurumla Türkiyə, Koreya, Belarus və Ukraynanın müvafiq qurumları arasında əməkdaşlıq haqqında sazişlər, Fransanın Ərazi Abadlaşdırma Nazirliyi arasında isə anlaşma memorandumu imzalanıb. Prezident İlham Əliyevin gələn il Fransaya səfəri zamanı bu ölkə ilə fövqəladə hallarda əməkdaşlığa dair saziş imzalanacaq. Nazir yanğınla mübarizə məqsədi ilə xaricdən bəzi avadanlıqların alındığı da söyləyib.
Yanğınsöndürmə sahəsindəki vəziyyətə toxunan K.Heydərov deyib ki, ötən müddətdə 1439 yanğın hadisəsi qeydə alınıb. Yanğın nəticəsində 76 nəfər xəsarət alıb, 31 nəfər isə həlak olub. 157 bina və 67 özəl obyekt isə yanğından mühafizə edilib. Ötən müddətdə FHN digər dövlət qurumlarının da iştirakı ilə Şamaxı, Şəki, Sumqayıt və Bakıda genişmiqyaslı taktiki təlimlər keçirib. Nazirliyin Sularda Xilasetmə Xidməti isə cari il ərzində 363 nəfəri xilas edib. Bununla belə 6 nəfər dövlət, 9 nəfər isə özəl çimərliklərdə boğulan olub.
Tədbirin sonunda K.Heydərov FHN-in bir qrup əməkdaşını yeni hərbi rütbələr, bir qrup əməkdaşını isə qiymətli mükafatlarla təltif edib./APA/

Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024