Səfər Əbiyev Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr komandanı ilə görüşüb
15 dekabr 2006 14:55 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr komandanı, korpus generalı Sərvət Yörükü qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Əbiyev görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişmiqyaslı və çoxsahəli olduğunu bildirib: “Azərbaycanla bütün sahələrdə belə geniş və sıx əməkdaşlıq edən ikinci dövlət yoxdur”. Nazir Azərbaycan Silahlı Qüvvələrinin hazırda müharibə şəraitində olduğunu xatırladaraq ordunun təminatı və təchizatı haqqında danışıb. O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatı və hərbi texnika ilə təminatı istiqamətində çox mühüm işlər görülüb. Görüş zamanı tərəflər hər iki dövlətin xüsusi təyinatlı qüvvələrinin hazırlığı ətrafında fikir mübadiləsi aparıblar. /APA/
Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024