Azərbaycan Müdafiə Nazirliyi: “Vüsal Qaracayev azaraq ermənilərə əsir düşüb, o, Azərbaycana qaytarılacaq”
18 dekabr 2006 13:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı İrəvanda jurnalistlərə qondarma “Dağlıq Qarabağ Respublikası” nın (“DQR”) “prezidenti” Arkadi Qukasyan verib. A. Qukasyan bildirib ki, azərbaycanlı hərbçilər tərəfindən döyülən əsgər şüurlu şəkildə və ağır vəziyyətdə sərhədə gedərək, onlar tərəfə keçib: “Əsir Azərbaycana qayıtmaq istəmir. Vüsal Qaracayev əsir düşəndən bir gün sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət olunub. Hazırda onun təhvil verilməsi üçün texniki məsələlər həll edilir”. A. Qukasyan deyib ki, əgər əsgər qayıtmaq istəmədiyini bildirməyə davam etsə, separatçı rejim onu bunun üçün məcbur etməyəcək.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev isə APA-ya açıqlamasında A. Qukasyanın sözlərini erməni təbliğatının bir hissəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, azərbaycanlı əsgər azaraq əsir düşüb: “Hazırda onun qaytarılması üçün danışıqlar davam etdirilir. Vüsal Qaracayev Azərbaycana qaytarılacaq”.
Qeyd edək ki, Balakən rayon Hərbi Komissarlığından bu il hərbi xidmətə çağırılmış 1988-ci il təvəllüdlü Qaracayev Vüsal Məhəmməd oğlu dekabrın 7-də Ağdam ərazisində silahı ilə əsir götürülüb. Rəsmi mənbələr isə əsgərin azaraq əsir düşdüyünü bildirib. /APA/

Daxili siyasət
Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib
12:39
6 may 2024
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024