Bank Of Baku

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının iclası keçirilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının iclası keçirilib
# 19 dekabr 2006 10:01 (UTC +04:00)
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə müzakirə olunub. Dəyişikliklərin mahiyyəti barədə məlumat verən komissiya sədri Əli Hüseynov bildirib ki, bu vaxta qədər yetkinlik yaşına çatmayan məhbuslar digər məhbuslarla bir yerdə saxlanılırdılar: “Bu isə müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Cinayət-Prosessual Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər yetkinlik yaşına çatmayan məhbusların ayrıca cəza çəkməsini nəzərdə tutur. Bunun üçün qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri tikiləcək”. Müzakirələr nəticəsində layihə parlamentə tövsiyə olunub. Daha sonra bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər jurnalistlərin iştirakı olmadan müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR