Bank Of Baku

Arif Hacılı: “Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasına nümayəndə göndərməmək qərarı partiyada kollegial şəkildə qəbul edilmiş qərardır”

Arif Hacılı: “Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasına nümayəndə göndərməmək qərarı partiyada kollegial şəkildə qəbul edilmiş qərardır”
# 19 dekabr 2006 10:13 (UTC +04:00)
“Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasına nümayəndə göndərməmək qərarı partiyada kollegial şəkildə qəbul edilmiş qərardır. Məndə olan məlumata görə, bu qərardan narazı qalan olmayıb”. Bu fikirləri APA-ya açıqlamasında Müsavat başqanının müavini Arif Hacılı bildirib. Partiyanın əvvəlcədən seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması tələbi ilə çıxış etdiyini xatırladan A. Hacılı hazırkı prinsiplərlə formalaşmış komissiyalarla demokratik seçki keçirməyi mümkün saymayıb. Başqan müavini partiyanın bu tələbin reallaşmasına və seçki qanunvericiliyində dəyişikliyin edilməsinə çalışacağını qeyd edib: “Beynəlxalq təşkilatlar və digər müxalifət partiyaları da komissiyaların bu prinsiplərlə formalaşmasını tələb edir. Ona görə də biz yalnız komissiyaların tərkibi dəyişməyənə kimi nümayəndə göndərmək fikrində deyilik”.
Müsavat başqanının müşaviri Tofiq Hüseynli də MSK-ya nümayəndə göndərilməməsini və Müsavat üçün ayrılmış yerin boş qalmasını düzgün qərar hesab edib. O da komissiyaların paritet əsaslarla formalaşmayacağı halda, bu prosesdə iştirak etməyi yersiz hesab edib.
Partiyanın MSK-ya nümayəndə kimi nəzərdə tutduğu İbrahim İbrahimli isə bu barədə APA-nın sualını cavablandırmayıb: “Mən bu mövzu ilə bağlı danışmaq və partiyanın qərarını şərh etmək istəmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR