Bank Of Baku

Barri Lovenkron: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın və Ermənistanın maraqlarına cavab verən həlli yolunun tapılmasının tərəfdarıdır”

Barri Lovenkron: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın və Ermənistanın maraqlarına cavab verən həlli yolunun tapılmasının tərəfdarıdır”
# 19 dekabr 2006 11:02 (UTC +04:00)
“ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Dillər Universitetinin tələbələri qarşısındakı çıxışında ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Barri Lovenkron deyib. O bildirib ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın və Ermənistanın maraqlarına cavab verən həlli yolunun tapılmasının tərəfdarıdır. B. Lovenkronun sözlərinə görə, münaqişə nəticəsində zərər çəkən bütün insanların hüquqlarının müdafiəsi ABŞ hökuməti qarşısında duran əsas vəzifələrdən biridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR