Bank Of Baku

Türkiyə quru qoşunlarının komandanı İlkər Başbuğ gələn ay Azərbaycana səfər edəcək

Türkiyə quru qoşunlarının komandanı İlkər Başbuğ gələn ay Azərbaycana səfər edəcək
# 19 dekabr 2006 11:05 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Turan Moralı məlumat verib. Səfirin sözlərinə görə, Bakıda cəmi bir neçə saat olacaq İlkər Başbuğun Azərbaycanın hərbi qurumlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Türkiyənin Azərbaycana hərbi yardımları gələn il də davam etdirəcəyini bildirən səfir sözlərinə görə, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq proqramlarının genişləndirilməsi nəzərdə tutulub. “Biz hərbi təhsil, kadrların hazırlanması və təcrübə mübadiləsi ilə bağlı mövcud proqramları genişləndirmək niyyətindəyik. Ölkələrimiz arasında hərbi əməkdaşlığın bazası var. Bu istiqamətdə yeni mexanizmlərin tətbiqi planlaşdırılır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR