Bank Of Baku

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Qulamrza Təbrizinin ittihamlarına cavab verib

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Qulamrza Təbrizinin ittihamlarına cavab verib
# 19 dekabr 2006 13:38 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Böyük Britaniya vətəndaşı, həmyerlimiz Qulamrza Təbrizinin ittihamları ilə bağlı bəyanat yayıb. APA-ya daxil olan bəyanatda bildirilir ki, Q. Təbrizi Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini deyil və heç vaxt bu vəzifəni tutmayıb: “Qulamrza Təbrizi Dünya Azərbaycanlılarının II Qurultayına qədər İdarə Heyətinin sədr müavini olub. Bu vəzifədə işləyənə qədər onun fəaliyyəti, müxtəlif bəyanat və çıxışları Azərbaycanın xarici siyasətinin prinsip və istiqamətlərinə uyğun olmayıb. Azərbaycanın dövlət maraqlarına zidd bəyanatlarına görə Təbrizi bu ilin martında keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavini vəzifəsinə yenidən seçilməyib. Ona görə də onun bu qurum adından çıxış etmək, bəyanat vermək hüququ yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR