Hələlik dairə və məntəqə seçki komissiyalarında neçə üzvün olacağı müəyyənləşməyib
19 dekabr 2006 13:55 (UTC +04:00)
“Mərkəzi Seçki Komissiyasının tərkibi tam formalaşdırılmadığı üçün aşağı seçki komissiyalarının da tərkibi tam formalaşdırılmayacaq. Amma hələlik dairə və məntəqə seçki komissiyalarında neçə üzvün olacağı müəyyənləşməyib”. Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov verib. Onun sözlərinə görə, qanunvericiliyə əsasən DSK-lar 9, MnSK-lar isə 6 üzvdən ibarət olmalıdır, amma son bir ildə MSK 13 üzvlə fəaliyyət göstərdiyi üçün DSK-lar 7, MnSK-lar isə 5 nəfərdən ibarət formalaşıb: “Hazırda MSK-da 2 yer boşdur. Onların biri bitərəflərin, digəri isə parlament azlığınındır. Ona görə də aşağı komissiyaları da tam formalaşdırmaq mümkün olmayacaq. Bununla bağlı MSK-nın iclası keçiriləcək və aşağı seçki komissiyalarının neçə nəfərdən ibarət olması müəyyənləşəcək”. N. Məmmədov bildirib ki, aşağı seçki komissiyalarında boş qalmış yerlər parlament azlığına aiddir. Buna görə də, MSK-da parlament azlığını təmsil edən nümayəndələr bir araya gələrək DSK-lar üçün öz namizədlərini müəyyənləşdirəcəklər. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024