AXCP-nin əmlakı və texniki avadanlıqları hələ də Keşlədə polis nəzarəti altında saxlanılır
19 dekabr 2006 14:46 (UTC +04:00)
AXCP-nin əmlakı və texniki avadanlıqları hələ də Keşlədəki Dəmir-beton zavodunun binasında polis nəzarəti altında saxlanılır. Bu barədə APA-ya AXCP-nin mətbuat xidmətindən məlumat verilib. Partiya sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimov bildirib ki, əmlakın həbsdə saxlanılması partiyanın gündəlik fəaliyyətində problem yaradıb. H. Kərimov texniki və çap avadanlıqlarının, partiyanın gündəlik iş rejimi üçün vacib sənədlərin verilməməsini qanun pozuntusu adlandırıb. Onun sözlərinə görə, AXCP-nin arxiv sənədləri, anket vərəqələri, partiya uçot vərəqələri, rayon şöbələrinin aylıq hesabatları kimi sənədlərin Keşlədə olub-olmaması ümumiyyətlə, bəlli deyil: “Çox böyük ehtimalla həmin sənədlər polis və digər orqanlar tərəfindən götürülüb. DİN-ə müraciət edilməsinə baxmayaraq, polis postunun əmlakımız saxlanılan ərazidən götürülməməsi bu şübhələri daha da artırır”. /APA/
Daxili siyasət
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024
Milli Məclisin sədri: Azərbaycan dostluq şəraitində yaşayan müxtəlif etnik və dini qrupların evidir
10:53
2 may 2024