Bank Of Baku

Amsterdam Universitetində qondarma “erməni soyqırımı”na həsr olunmuş konfransda qarışıqlıq yaranıb

Amsterdam Universitetində qondarma “erməni soyqırımı”na həsr olunmuş konfransda qarışıqlıq yaranıb
# 20 dekabr 2006 09:38 (UTC +04:00)
Dekabrın 18-də Amsterdam Universitetində qondarma “erməni soyqırımı”nı tanıyan türk mənşəli alim Tanər Akçamın iştirakı ilə “Erməni soyqırımı: türk arxivlərindən faktlar” mövzusunda yığıncaq keçirilib. Benilüks Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, tədbirdə T. Akçam və Leiden Universitetinin professoru Erik Yan Zurcher türklərin əleyhinə məruzə ilə çıxış ediblər. Amsterdam Universiteti nəzdindəki “CREA-Studium Generale” Mərkəzi və Niderland Erməni Federasiyasının (FAON) təşkil etdiyi tədbirdə həmçinin türklərin təhqir olunduğu “Sükut divarı: erməni taleyi barədə qadağa” adlı film göstərilib. Yığıncaqda 300-dən artıq tələbə, 50-yə yaxın erməni iştirak edib. İştirakçıların arasında azərbaycanlılar və türklər də olub. Məruzələr başa çatandan sonra mövzu ətrafında diskussiya aparılıb. Diskussiya zamanı azərbaycanlılara və türklərə söz verilməyib. Benilüks Azərbaycanlıları Konqresinin fəallarından Elman Mustafazadə çətinliklə söz ala bilib. E. Mustafazadənin erməni vəhşiliklərini faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırması erməniləri narahat edib və onlar zalda qarışıqlıq yaratmaq istəyiblər. Ancaq tədbir iştirakçıları buna imkan verməyiblər. Daha sonra türklərin nümayəndələrinə də söz verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR