Bank Of Baku

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Sərdar Cəlaloğlu, Qurban Məmmədov və Həsrət Rüstəmov olan yerdə mən olmayacağam”

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Sərdar Cəlaloğlu, Qurban Məmmədov və Həsrət Rüstəmov olan yerdə mən olmayacağam”
# 20 dekabr 2006 12:33 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyasına qayıtmağım və rəhbərlikdə təmsil olunmağım proseslərin gedişindən və partiyadakı vəziyyətdən asılıdır”. Bu sözləri APA-ya açıqlamasında ADP Siyasi Şurasının keçmiş üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Partiyanın sədri Rəsul Quliyevin onu hələ də ADP üzvü saydığını qeyd edən A. Quliyev bildirib ki, onun üçün Sərdar Cəlaloğlunun yox, partiya sədrinin mövqeyi əsasdır. Nəzərdə tutduğu şəraitin yaranacağı halda ADP-yə qayıdacağını söyləyən A. Quliyev bu mövzuda əlavə açıqlama verməyib. Sərdar Cəlaloğlu, Qurban Məmmədov və Həsrət Rüstəmovla yenidən bir yerdə fəaliyyət göstərməsinin mümkün olub-olmamasına dair sualı cavablandıran A. Quliyev bunu mümkünsüz sayıb: “Sadəcə, onu deyə bilərəm ki, bu adamlarla komanda prinsipi ilə idarəçilik və siyasi müstəvidə tərəf-müqabil ola bilmərəm. Yəni onlar olan yerdə mən olmayacağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR