Millət vəkili Aydın Mirzəzadə: “Silahlı Qüvvələrə 900 milyon manata qədər vəsait ayrılsa da, bu, azdır”
20 dekabr 2006 12:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə deyib. A. Mirzəzadənin sözlərinə görə, əgər sağlamlığında problem olan gənclərin hərbi xidmətə çağırılması ilə bağlı mətbuatda fikirlər səsləndirilirsə, bu məsələlər araşdırılmalıdır. Son günlər orduda baş verən bir neçə səs-küylü hadisə də bunu deməyə əsas verir: “Silahlı Qüvvələrə 900 milyon dollar vəsait ayrılsa da, bu azdır. Bu vəsaitin bir hissəsi yeni texnikanın alınmasına, qalan hissəsi məvaciblərə, yeni kazarmaların tikintisinə, sosial vəziyyətin yaxşılaşdırılmasına və s. sərf olunur”. A. Mirzəzadə onu da vurğulayıb ki, Ali Baş Komandan yanında Silahlı Qüvvələrin Baş İnspeksiyasının yaradılması da orduya dövlət tərəfindən diqqətin göstəricisidir. /APA/
Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024